Şahnazaryandan cavab: Paşinyan özü təqsirləndirilən şəxs qismində dindiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

Şahnazaryandan cavab: Paşinyan özü təqsirləndirilən şəxs qismində dindiriləcək

17:12 - 05 / 12 / 2018
Şahnazaryandan cavab: Paşinyan özü təqsirləndirilən şəxs qismində dindiriləcək

Şübhə etmirəm ki, Nikol Paşinyanın özü tezliklə təqsirləndirilən şəxs qismində sorğu-sual ediləcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Levon Ter-Petrosyan hakimiyyət dövründə xüsusi xidmət orqanının rəhbəri olmuşRespublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan deyib.

"O, sorğu-suala ediləcək, buna şübhə etməyin. Bu təhdid deyil,  verilmiş sözdür. Gün gələcək ki, o, ifadə verməyə başlayacaq. Və bu vəziyyətdə artıq hüquq-mühafizə orqanları hüquqi qiymət verəcəklər ", - Şahnazaryan deyib.

Xatırladaq ki, David Shahnazaryan ölkənin hakimiyyət orqanlarına qarşı səsləndirdiyi ittihamlarla görə  Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Lakin o, MTX-yə getməyib.

P.Sultanova

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər