2019-cu ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib! – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

2019-cu ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib! – FOTO

10:50 - 29 / 01 / 2020
2019-cu ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib! – FOTO

Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2019-cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən, Bank bazarda öz mövqeyini möhkəmləndirərək bütün əsas maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib.

Belə ki, hesabata əsasən, 2018-ci ilə nisbətən bankın xalis mənfəəti 10 dəfə artaraq 20,4 milyon manat,  xalis əməliyyat mənfəəti 4 dəfə artaraq 40,7 milyon manat, xalis faiz gəlirləri isə 68% artaraq 41,3 milyon manat təşkil etmişdir.

1 yanvar 2020-ci il tarixinə bankın aktivləri 1,4 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur. Bundan əlavə, bankın məcmu kapitalı 49%, depozit portfeli 54%, kredit portfeli isə 41% artmışdır.

“2019-cu ildə bank bütün sahələr üzrə ciddi artım nümayiş etdirərək dinamik inkişaf etməyə davam etdirərək, iqtisadiyyatın real sektoruna xidmət istiqamətində seçdiyimiz biznes modelinin dayanıqlığını bir daha təsdiqləmişdir. Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində yüksək nəticələr əldə edə bilmişdir. Hesabat ili ərzində biz bankın müştəri bazasını əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, xüsusən mikro, kiçik və orta sahibkarlıq seqmentləri olmaqla ümumi kredit portfelini də artırdıq.

Yüksək maliyyə nəticələri beynəlxalq maliyyə qurumları tərəfindən də qeyd edilmişdir. Uzun fasilədən sonra 3 böyük maliyyə təşkilatı (FMO, IFC və EBRD) Bank Respublika ilə kredit müqavilələri bağlayaraq Azərbaycan bazarına qayıtmışdır. Eyni zamanda, Moodys beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqini "Pozitiv" proqnozu ilə "B3" dərəcəsinə qaldırmışdır. 

İstərdim bütün bizim komandamıza, müştərilərimizə və tərəfdaşlarımıza bu nəticəni əldə etməkdə göstərdikləri əməkdaşlığa və verdikləri töhfəyə görə təşəkkür edəm! Biz öz işimizlə, yüksək keyfiyyətli xidmətimizlə və maraqlı təkliflərimizlə göstərilən etimadı doğruldaraq gələcəkdə də dinamik inkişafımızı davam etdirəcəyik “, deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
564

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər