“Malyutka - 2” ilə bağlı sahibkarlara və vətəndaşlara müraciət edildi – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Malyutka - 2” ilə bağlı sahibkarlara və vətəndaşlara müraciət edildi – RƏSMİ

13:21 - 04 / 04 / 2019
“Malyutka - 2” ilə bağlı sahibkarlara və vətəndaşlara müraciət edildi – RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq birgə həyata keçirdikləri əməliyyat tədbiri ilə bağlı məlumat yayıblar.

1news.az-a daxil olan məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka - 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.

Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

“Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək”- deyə, məlumatda qeyd olunub.

1news.az

Paylaş:
1329

Son xəbərlər

Bütün xəbərlər