Məhkəmə Qriqoryana yenə "yox" dedi | 1news.az | Xəbərlər
Ermənistan

Məhkəmə Qriqoryana yenə "yox" dedi

14:51 - 22 / 04 / 2019
Məhkəmə Qriqoryana yenə "yox" dedi

İrəvan məhkəməsi bu gün keçmiş millət vəkili və müdafiə nazirinin sabiq müavini  Manvel Qriqoryanı 10 milyon dram girov müqabilində azad edilməsinə dair müraciətinə rədd cavabı verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Qriqorynın vəkili Arsen Mkrtçyan məlumat verib.

Onun sözlərinə görə, artıq cinayət işi baxılmaq üçün məhkəməyə təqdim edilib və bu, Qriqoryana qarşı cinayət təqibinin başlanmasından bəri yeganə hüquqi məhkəmə aktıdır.

Xatırladaq ki, Qriqoryan qanunsuz silah və döyüş sursatları saxlamaqda, erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

P.Sultanova

Paylaş:
773

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər