BQXK-nin vasitəçiliyi ilə bir Azərbaycan, bir Ermənistan vətəndaşı qaytarılıb

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı, bir Azərbaycan və bir Ermənistan vətəndaşı geri qaytarılıb.
1news.az-a BQXK-dan verilən məlumata görə, bugünkü təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.
Azərbaycan vətəndaşı 16 mart 2019-cu il tarixində beynəlxalq sərhəddən Ermənistana, Ermənistan vətəndaşı isə 20 iyun 2017-ci il tarixində beynəlxalq sərhəddən Azərbaycana keçib.
BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı oldu.
BQXK, saxlandığı dövr ərzində və eləcə də öz ölkələrinə təhvilvermədən əvvəl həmin şəxslərə mütəmadi olaraq baş çəkərək onların saxlanma şəraitini və onlarla necə davranıldığını qiymətləndirib.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda humanitar fəaliyyət göstərir.
P.S.