Bakıda təcli yardım maşını dəhşətli qəza törətdi – VİDEO

Heydər Əliyev prospektində baş verən zəncirvari ağır yol-nəqliyyat hadisəsi kameralara düşüb.
1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, təcili yardım maşını sayrışan işıqlarını yandıraraq əks yola çıxır.
Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrindən biri ona çırpılaraq istiqamətini dəyişir.
Ardınca isə bir neçə avtomobil bir-birinə dəyir və nəticədə ağır qəza baş verir.
Həmin görüntüləri təqdim edirik:
1news.az
537