BirKart-dan Facebook messenger istifadəçilərinə yarışma!
Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir.
8-18 iyul tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.
Yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında BirKart-ın Facebook səhifəsinin messengerində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə, bot vasitəsilə müştərilərə növbəylə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər. 5 qalib 19 iyul tarixində BirKart-ın Facebook səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək və onlara Kapital Bank-a məxsus BirKart Miles debet kartı hədiyyə olunacaq.
Qeyd edək ki, “Aican” messenger-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Reklam hüququnda