Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

15:49 - 05 / 06 / 2020
Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar müvəqqəti fəaliyyəti dayandırır.

Bu barədə 1news.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".

1news.az

Paylaş:
1076

Son xəbərlər

Bütün xəbərlər