Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi | 1news.az | Xəbərlər
Dünya

Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi

14:37 - 08 / 06 / 2020
Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onun işdən çıxmasına səbəb kimi koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etməsi göstərilir.

Belə ki, 100-dən çox qonağın iştirak etdiyi mərasim ölkədə rezonans doğurub.

Qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdi.

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər