“Azərbaycanımızın hərtərəfli və uğurlu inkişafı reallığının müəllifi Sizsiniz, möhtərəm Prezidentimiz” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanımızın hərtərəfli və uğurlu inkişafı reallığının müəllifi Sizsiniz, möhtərəm Prezidentimiz” – Vətəndaş məktubları

14:09 - 22 / 06 / 2020
“Azərbaycanımızın hərtərəfli və uğurlu inkişafı reallığının müəllifi Sizsiniz, möhtərəm Prezidentimiz” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Orxan Vəliyevdən, Hacıqabul, Azərbaycan

“Hörmətli cənab Prezident.

Öz adımdan və Hacıqabul rayon sakinləri adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanı cənginə alan COVID-19 virusuna qarşı apardığınız müdrik işlər sayəsində Azərbaycan yoluxma sayının az olduğu və minimum zərər çəkmiş ölkələr sırasında yer alır. Bu ağır və çətin vəziyyətdə Azərbaycan xalqının yanında olaraq maddi və mənəvi kömək etdiniz. Ən başlıcası xalqı düşünmək, onun mənafeyini hər şeydən üstün tutmaq böyük diqqət və fədakarlıqdır.

Cənab Prezident, xalqa olan bu diqqətinizə və rayonumuzda son illərdə görülən işlərə görə Sizə bir daha təşəkkür edir, gələcək işlərinizdə yeni uğurlar arzulayıram”.

Rəşad Rəhmanovdan, Siyəzən, Azərbaycan

“Möhtərəm Prezidentim, cənab İlham Əliyev.

Mən 2020-ci il 8 iyun tarixli "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncamınıza görə Sizə təşəkkür edirəm. Mədəniyyətimizə, tarixi abidələrimizə göstərdiyiniz böyük qayğı və diqqətə görə dərin minnətdarlığımı bildirirəm. Tarixi abidələrimiz bizim milli sərvətimizdir. Əsrlərə sinə gərmiş, zamana və tarixə meydan oxumuş abidələrimiz bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Biz köklü əsaslar üzərində tarixi, zəngin mədəni irsimizin əsasında müasir, güclü, qüdrətli Azərbaycan qururuq.

Sizin tariximizə, milli irsimizə, adət-ənənələrimizə böyük qayğınız sayəsində Azərbaycanımız çiçəklənir, inkişaf edir. Siyasi, iqtisadi islahatlarla yanaşı, mədəniyyətə böyük diqqət göstərilməsi, bu sahəyə vəsait ayrılması, mədəniyyətimizin, tarixi abidələrimizin qorunması və bu sahədə görülən işlər bizi ürəkdən sevindirir. Xüsusilə rayonumuzun tarixi abidəsinə göstərilən böyük qayğı, dəyərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə etibar olunması yolunda görülən işlərə görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizin bu Sərəncamınız bizi o qədər qürurlandırdı ki...Azərbaycanımızın hərtərəfli və uğurlu inkişafı bir reallıqdır. Bu reallığın müəllifi sizsiniz, möhtərəm Prezidentimiz”.

Şahsənəm Xudayevadan, Şirvan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Şirvan şəhər sakini olaraq, Sizin bu çətin günlərdə atdığınız addımları yaxından izləyirəm. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edib, onu zirvələrə doğru aparırsınız. Siz xalqımız üçün bu ağır dövrdə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlər görürsünüz. İnanıram ki, pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyiniz bütün tədbirlər müsbət nəticəsini verəcək və biz birlikdə infeksiyaya qalib gələcəyik.

Əziz Prezidentimiz, xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə öz adımdan və bütün şirvanlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz şirvanlılar dövlətçiliyimizin inkişafı uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyirik və Sizinləyik. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayıram”.

Elçin Həsənovdan, Şirvan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən azərbaycanlı olmağımla fəxr edirəm. Azərbaycan mənim Vətənim, ana yurdumdur. Azərbaycanda yaşadığım üçün sevinc və qürur hissi keçirirəm. Amma ən böyük fəxrim Sizsiniz, hörmətli Prezidentim. Sizin öz vətəndaşlarınıza göstərdiyiniz qayğı məni qürurlandırır. Bütün dünyanın iqtisadi böhran içində çapaladığı bir dövrdə Sizin atdığınız addımlar, o cümlədən iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışı xalqımızın rifahı, onun xoşbəxt gələcəyi naminə edilir. Buna görə Sizə minnətdaram. Var olun. Tanrı Sizi qorusun”.

Elmir Teymurovdan, Ağdam, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan gənci kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Dünyada, eləcə də Azərbaycanda gedən prosesləri, fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yaxından izləyir, gənc nəsilə verdiyiniz xüsusi önəmi yüksək qiymətləndirirəm. Dünyanın koronovirus adlı görünməz düşmənlə savaşdığı bir dövrdə ölkəmizin dünyanın inkişaf etmiş ölkələrinə nisbətən daha az itki verməsi məhz Sizin tərəfinizdən həyata keçirilən çox ciddi, davamlı və təsirli tədbirlər nəticəsində olmuşdur. Azərbaycan xalqı Sizin məhəbbətinizi daim hiss edib və Sizə daim dəstək olmuşdur.

Vəziyyətin belə ağır vaxtında Sizin Ağdama olan səfəriniz bizə sevinc bəxş etdi. Bütün ağdamlılar, qarabağlılar bu səfərinizi yüksək qiymətləndirdi və bir daha tək olmadığımızı gördük. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə dərin təşəkkürümü bildirirəm. Gənc nəsil Sizinlədir. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da.

Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram”.

Pünhan Quliyevdən, Saatlı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin apardığınız daxili və xarici siyasətin nəticəsində, Azərbaycan biz gənclərin gözü önündə yüksək inkişaf etmişdir. Dövlətimiz Sizin siyasi iradəniz və qabaqcıl səyləriniz nəticəsində COVID-19 pandemiyası şəraitində beynəlxalq aləmdə həmrəyliyin və əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Biz gənclər bu gün hər bir şəraiti, əmin-amanlıq olan dövlətdə yaşayır, heç bir qlobal və beynəlxalq problemi düşünmədən çalışırıq. Çünki bizim Sizin kimi uzaqgörən, müdrik Prezidentimiz var.

Möhtərəm cənab Prezident, bundan sonra apardığınız düşünülmüş və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram”.

Tərlan Kazımovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin COVID-19 pandemiyasına qarşı mübarizəyə dair çıxışlarınız, gördüyünüz işlər, insanların sağlamlığını hər şeydən vacib bilməyiniz, tibb işçilərinin xidmətlərinə verdiyiniz yüksək qiymət hər bir azərbaycanlı kimi məni də sevindirir. Hazırda pandemiya ilə mübarizədə qazandığımız uğurların hamısı Sizin zəhmətiniz sayəsindədir. Vətəndaşların firavan yaşaması Sizin, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əsas məqsədinizdir. Bizim də məqsədimiz və vətəndaşlıq borcumuz hər zaman Sizin və Mehriban xanımın yanınızda olmaq, vətənimizin gözəlləşməsi, özümüzün və ailəmizin sağlam qalması üçün əlimizdən gələni etməkdir. Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı arzu edirəm”.

Əbülfəs Qasımovdan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun”.

Nüsrət Alməmmədovdan, Ağcabədi, Azərbaycan

“Əziz Prezidentimiz.

Siz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görmüsünüz. Respublikamızın müxtəlif şəhər və rayonlarında salınan yaşayış kompleksləri, müasir qəsəbələr, tikilən çoxmənzilli binalar bunun əyani sübutudur. Bu yaşayış komplekslərinin, qəsəbələrin açılış mərasimlərində Sizin şəxsən iştirak etməyiniz, yeni mənzillərə köçən insanlara xeyir-dua verməyiniz bizim üçün çox dəyərlidir.

Bizim ailə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədiyə pənah gətirmişdir. O vaxtdan çətin şəraitdə yaşayırdıq. “Taxta körpü” adlanan ərazidə yeni salınmış 144 mənzilli qəsəbədə bizim ailəyə də hər bir şəraiti olan mənzil verilmişdir.

Cənab Prezident, mənzillə təmin olunduğumuz üçün ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər