“Sizin varlığınız xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Sizin varlığınız xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir” – Minnətdarlıq məktubları

10:05 - 24 / 06 / 2020
“Sizin varlığınız xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Məmmədov Əlivahid, Qasımov Təyyar, Əlizadə Namik, Canəliyev Dünyamalı və İbrahimov Əzizağa, Salyan, Azərbaycan

“Əziz Prezidentimiz.

Ölkəmizdə gedən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı sahəsinin dirçəldilməsi ölkənin sosial-iqtisadi inkişafına, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. İndi fermerlər əkin-biçinə daha həvəsli görünürlər. Dövlətin qayğısı sayəsində suvarma suyu təminatı ildən-ilə yaxşılaşır, texnikalar alınır, subsidiyalar ayrılır, gübrələr güzəştli şərtlərlə verilir.

Qeyd etmək istəyirik ki, Salyan rayonunun Xələc kəndində üzüm, bostan, tərəvəz, kartof, pambıq, taxıl məhsulları əkilib-becərilir. Məhsuldarlığı da ildən-ilə yüksəltməyə çalışırıq.

Cənab Prezident, aqrar sahənin inkişafına verdiyiniz dəstəyə, həmçinin rayonumuzda gedən abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Tamerlan Qurbanovdan, Siyəzən, Azərbaycan

“Hörmətli cənab Prezident.

"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında imzaladığınız sərəncam Siyəzən rayon ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bir təhsil işçisi, coğrafiya müəllimi kimi hesab edirəm ki, imzaladığınız bu Sərəncam rayonumuzda həm turizmin coğrafiyasını genişləndirəcək, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 2015-ci ildə Sizin iştirakınızla açılışı olan “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından nə qədər mühüm əhəmiyyət daşıdığı və regionumuza gələn turistlərin sayının dəfələrlə artmasına göstərdiyi təsir göz qabağındadır.

Əminəm ki, bu Sərəncamın nəticəsi də regionumuzun inkişafına olduqca müsbət təsir göstərəcəkdir. İstər tarixi, istərsə də coğrafi baxımdan mühüm əhəmiyyət kəsb edən "Beşbarmaq dağı" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılacaq işlərə uğurlar arzu edir, bir Siyəzən rayon sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Yaşasın inamla uğurlara imza atan müstəqil Azərbaycan”.

Namazov Taleh, İsmayılova Elmira, Nəbiyev Sabir, Yetərov Sərxan, Rəşidova Gülbəniz, Alqayev Lətif, Alagözova Möminət, Məmmədova Zamirə, Yetərov Xəlil və başqalarından, Balakən, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son aylarda dünyada COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda da çətin günlər yaşanır. Dövlətimiz Sizin rəhbərliyiniz sayəsində əhalinin sağlamlığının çox ciddi və mütəşəkkil şəkildə qorunması üçün mübarizə aparır.

Sizin Sərəncamınız əsasında Balakən rayonundakı Qullar, Tülü və Talalar kəndlərindən keçən yolların asfaltlanması hər üç kəndin sakinlərinin böyük sevincinə və bayram əhval-ruhiyyəsinin yaşanmasına səbəb oldu.

Hörmətli cənab Prezident, Siz həmişə xalqımızın çətin və dar günlərində bizim yanımızda olaraq bizə dayaq olmusunuz. Dövlətimizin bu çətin günündə Tülü kəndinin sakinləri üçün belə gözəl şərait yaratdığınıza görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı, bərəkətli və xoşbəxt ömür arzulayırıq. Allah Sizin kölgənizi dövlətimizin üzərindən əskik etməsin. Sizin varlığınız dövlətimizin daha da inkişafı, Dağlıq Qarabağımızın işğaldan azad olunması, xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir.

Biz,Tülü kənd sakinləri həmişə dövlətimizin və Sizin uğurlu siyasətinizi dəstəkləyirik, hər zaman Siza arxalanırıq. Allah Sizi və ailənizi qorusun”.

Şəfiqə Almasovadan, Yardımlı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Siz öz şərəfli fəaliyyətiniz, xalqımızın yolunda göstərdiyiniz misilsiz fədakarlığınızla artıq çoxdan sübut etmisiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Şəhid ailələrinə qayğı və diqqətinizi biz, şəhid ailələri çox yüksək qiymətləndiririk. Mən Milli Qəhrəman anası kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin tapşırığınızla mənim ailəmə hər cür qayğı göstərilir. Öz canını Vətən yolunda qurban vermiş şəhid ailələri adından Sizə cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram”.

Şövkət Əmirovadan, Ağdam, Azərbaycan

“Hörmətli və əziz Prezidentimiz.

Biz Sizinlə qürur duyuruq. Siz Ulu Öndərin başladığı bütün işləri uğurla davam etdirir, Azərbaycanımızı inkişafı üçün yorulmadan çalışırsınız.

Sizin tapşırığınız əsasında bu günlərdə kənd yolumuza asfalt örtük salınmışdır. Yollarımız təmir olunan zaman plana uyğun olaraq yolumuz bir az da genişləndirilmiş, həmçinin yol kənarında səliqəsiz hasarlar sökülüb yenidən çəkilmişdir.

Mənim də hasarımın bir hissəsi yola yaxın düşdüyü üçün sökülmüşdü. Yolun çəkilişindən sonra qısa müddət ərzində həyətimin hasarı hörülərək mənə təhvil verildi.

Hazırda geniş, rahat yolumuz və səliqəli hasarlarımız var. Buna görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər