“Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır” – Prezidentə yazırlar

10:14 - 25 / 06 / 2020
“Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Cəfər Əliyevdən, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident.

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışınızı dərin rəğbət hissi ilə izlədim. Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən videokonfrans zamanı Ermənistanın ölkəmizə qarşı təcavüzkar, terrora və faşizm ideologiyasına söykənən dövlət siyasətini beynəlxalq müstəvidə bir daha tam çılpaqlığı ilə ifşa etdiniz, beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə istinad etməklə “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” – deyərək xalqımızın səsini, haqq işimizi peşəkar siyasətçi və dövlət xadimi kimi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdınız.

Videokonfransda iştirak edən Ermənistanın avantürist hökumət başçısının konkret və müfəssəl çıxışınıza münasibət bildirmək cəhdi tarixi faktlara söykənən ritorikanız nəticəsində fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə olduğu kimi, yenə də uğursuzluqla nəticələndi.

Bir vətənpərvər kimi Sizinlə qürur duyuram!”

Yağmur Hüseynovadan, Ağcabədi, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Ölkəmizdə təhsilin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Mən bir Prezident təqaüdçüsü olaraq özüm və ailəm adından Sizə xüsusi minnətdarlığımı bildirirəm. Sevincimin həddi-hüdudu yoxdur.

Qürur hissi keçirirəm ki, pandemiya dövründə rayonumuza, kəndimizə, təhsilimizə diqqət və qayğı göstərirsiniz. Bu ağır işinizdə Sizə cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Mətanət İsmayılova və Ələddin Məmmədovdan, Mingəçevir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün ölkəmiz Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı az itki ilə mübarizə aparmaqdadır. Bu ağır gündə aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğı, onlara maddi və ərzaq yardımlarının verilməsi, ölkənin birinci xanımı Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız.

Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim Mingəçevir şəhərində də tikinti-quruculuq, abadlıq işləri aparılır. Şəhərimizdə illərdir baxımsız qalan təqribən üç hektara qədər böyük bir ərazidə tikilən Nəsimi adına park-əyləncə mərkəzində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız ərazidə - şəhərdən bir qədər kənarda, Günəşli bağlar massivində Sizin göstərişiniz əsasında su-kanalizasiya sisteminin qurulması, küçələrə yeni asfalt çəkilməsi şəhərə gediş-gəlişimizi asanlaşdırdı.

Möhtərəm cənab Prezident, bu işlərə görə biz Mingəçevir sakinləri Sizə təşəkkür məktubu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğularınızı əbədi etsin! Biz Sizinlə birlikdə güclüyük!”

Əzizov Qədəmşah, Məmmədov Həbull, İsayev Səxavət və Əliyev Şahin, Cəlilabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafin ən yüksək zirvəsinə yüksəlmiş, dünya birliyində özünə layiqli yer tutmuşdur.

Aqrar sektorun inkişafına göstərdiyiniz qayğı biz fermerlərə böyük dəstəkdir. Bizim əsas məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikanın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır.

Xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, tapşırığınıza əsasən məhsulun Rusiyaya göndərilməsinə şərait yaradıldı. Becərdiyimiz məhsuldan yaxşı qazanc götürmək üçün fermerlərə göstərilən qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun!”

Bayram Hüseynovdan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Mənim 87 yaşım var. Kənd təsərrüfatı elmləri namizədiyəm. Dəfələrlə qabaqcıl fəaliyyətimə görə təltif olunmuşam. Həyatın bütün sınaqlarını görmüş adam kimi bugünkü Azərbaycanla qürur duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, dağ başındakı kəndlərə də yol çəkilir, nümunəvi məhəllələr, parklar yaradılır, müasir məktəblər, xəstəxanalar tikilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır.

Siz neftdən gələn kapitaldan səmərəli istifadə edərək, xalqın xoş gələcəyi üçün zəmin yaratdınız. Bütün sahələrlə yanaşı, turizmi inkişaf etdirdiniz. Bir mütəxəssis kimi deyim ki, aqrar sahəyə də çox böyük qayğı göstərirsiniz. Dövlətin baramaçılığın, pambıqçılığın, taxılçılığın inkişafına diqqəti sayəsində fermerlər Azərbaycan məhsulunu dünyada tanıdır.

Bu gün bütün dünya sınaq qarşısındadır. Amma mən əminəm ki, Sizin xalqla birliyinizin, xalqa bağlılığınızın sayəsində bu bəladan tezliklə qurtulacağıq. Siz güclü lidersiniz, xalq Sizin arxanızdadır, Sizinlə qürur duyur, Sizi sevir. Sizi güclü edən xalq məhəbbətidir. Sizinlə Azərbaycan da güclüdür və bütün çətinliklərin öhdəsindən gələcəkdir.

Sizə şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!

Yaşasın Azərbaycan!”

Mustafayeva Gülsarə, Məmmədov Taleh, Hüseynov Ədalət, Vəliyev Cəmil və başqalarından, Göygöl, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kənd sakinləri bu üç kəndi birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işinin yüksək səviyyədə başa çatdırıldığına görə bütün əhali adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Bütün əhali yolun çəkilişini böyük sevinclə qarşıladı. Yolun əvvəlki narahatlığı bizim gediş-gəlişimizi çətinləşdirirdi, maşınlar tez-tez sıradan çıxırdı, yağış və sel suları olan zaman gediş-gəliş daha da pisləşirdi. Kəndlərimiz meşə zolağında yerləşdiyindən asfalt yolun çəkilməsi növbəti illərdə kəndlərə turist axınını daha da artıracaq, bizim yaşayış səviyyəmizin daha da yüksəlməsinə səbəb olacaqdır.

Çox sağ olun, cənab Prezident!”

B.Yolçiyev, R.Əliyev, M.Həsənov, H.Kazımov, A.Cəlilov və başqaları. Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pambıqçılığın inkişafına verdiyiniz dəstək nəticəsində Salyan rayonunun Qızılağac kənd sakinlərinin əməyə və zəhmətə həvəsi daha da artmışdır. Əvvəllər bir çox çətinliklər ucbatından əlimiz işdən soyumuşdu. İndi isə işləmək istəyən insan üçün hər bir şərait mövcuddur.

Qızılağac və qonşu kəndlərdə 2020-ci il mövsümü üçün 706 hektar pambıq əkini planlaşdırılmışdı. Pambıqçılığın inkişaf etdirilməsi məşğulluğu artırmaqla bərabər ailə büdcəmizə də xeyli mənfəət gətirir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Salyan rayonu Qızılağac kənd sakinləri Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayır”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər