“Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var” – Vətəndaş məktubları

15:41 - 30 / 06 / 2020
“Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Aysel Zeynalovadan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Mən uşaqlıqdan Heydər babaya, Zərifə xanıma və ümumiyytlə Sizin ailəyə böyük sevgi bəsləmişəm. Bu məktubumda bunun ilk olaraq haradan qaynaqlandığını qısaca demək istəyirəm.

Mənim rəhmətlik Xanım nənəmin gözünü vaxtilə Zərifə xanım əməliyyat etmişdir, özü də təmənnasız. Əməliyyat səhv etmirəmsə, 1983-cü ildə olmuşdur. Onda mən Rusiyada yenicə dünyaya gəlmiş idim. Xanım nənəm bunu mənə 1-ci sinifdə oxuduğum zamanlarda danışmışdı. Həmişə bu hadisəni böyük sevgi ilə xatırlayardı. Danışardı ki, o, bir nurlu həkimin qəbuluna getmişdir. Həkim onu müayinə etdikdən sonra gözünü əməliyyat edəcəyini deyir və bunu uğurla edir.

Bax, xalqının övladına bu cür təmənnasız qayğı göstərən nurlu Ananı necə sevməyəsən? Məzarı daim nurla dolsun. Uşaqlıqdan Sizin ailəyə olan bu sevgini ömrüm boyu ürəyimdə daşıyacağam.

Allah valideynlərinizə qəni-qəni rəhmət etsin, cənab Prezident. Onlar Azərbaycana Sizin kimi oğul bəxş ediblər”.

Nəriman Orucovdan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin Ağcabədi rayonuna növbəti səfəriniz bütün rayon əhalisi kimi, biz gənclərin də böyük fərəh və iftixarına səbəb oldu. Ağcabədi ASAN xidmət mərkəzinin açılışı zamanı gənclərin və könüllərin bir qrupu ilə görüşünüz zamanı gənclərə olan etimadınız və verdiyiniz tövsiyyələr biz gənclərə mayak kimi istiqamət verdi. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Siz də daim gənclərə inanır, bizə qayğı və dəstək göstərirsiniz. Son vaxtlar ölkəmizdə bütün sahələrdə, o cümlədən kadr sahəsində aparılan islahatlar, savadlı, mənəvi cəhətdən təmiz gənclərə etimad göstərilərək məsul vəzifələrə irəli çəkilməsi bunun əyani sübutudur.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri işlərin görülməsi, insanların sosial müdafiəsinin təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Ağcabədi gəncləri adından Sizə təşəkkür edir, titanik fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun”.

Aynur Həsənovadan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Gəncədə günümüzün tələblərinə uyğun, beynəlxalq standartlara cavab verən möhtəşəm bir tədris mərkəzinin açılışına görə Azərbaycan Dövlət Aqrar Universitetinin, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professor-müəllim heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirik ki, burada nəinki yüksək ixtisaslı kadrlar hazırlanacaq, eləcə də aqrar sahə üzrə ciddi elmi tədqiqatların aparılması üçün vacib mərkəzlərdən birinə çevriləcək. Biz müəllimlər hər zaman Sizin dəstəyinizi hiss etmişik. Bu dəstək bizi ruhlandırır və məsuliyyətimizi ikiqat artırmış olur.

Cənab Prezident, millətimizin tərəqqisi, təhsilimizin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyiniz hər bir qərar ADAU-nun professor-müəllim heyəti tərəfindən böyük razılıqla qarşılanır və rəgbət hissi doğurur. Fəal və məqsədyönlü fəaliyyətinizdə Sizi dəstəkləyir və yeni uğurlar arzulayırıq”.

Elnur Hüseynlidən, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bildiyiniz kimi, Biləsuvar kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlardandır. Rayon əhalisi bu sahədə məhsul istehsalı ilə məşğul olmaqla qazanc əldə edir, ailəsini dolandırır. Min bir əzab-əziyyət bahasına başa gələn əkin sahələri bəzi hallarda susuzluq səbəbindən məhv olur, zəhmətimiz hədər gedirdi.

Belə bir zamanda yenə də Sizin köməyinizlə kəndlilər sözün əsl mənasında susuzluq təhlükəsindən xilas oldu. Sizin Biləsuvar rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı vəsait ayırmağınız rayon əhalisində böyük ruh yüksəkliyi yaratdı. Göstərdiyiniz bu diqqət və qayğı birinci dəfə deyil.

Siz dəfələrlə sadə kənd zəhmətkeşlərinin yanında olmusunuz, onların qayğıları ilə maraqlanmısınız. Bu nəinki yaşlı nəsildə, eyni zamanda, biz gənclərdə də sabahımızın daha parlaq olacağına ümidlər yaradır.

Mən bir gənc olaraq öz növbəmdə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun”.

Nağıyev Ədalət, Nağıyev İbadət, İsmayılov Vidadi, İsmayılov Bunyad, Abbasov Nəriman, Zamanov Tofiq, Tərtər, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Su həyat, su dirilik, su bol məhsul deməkdir. Düşmənlərimiz bizə həm də iqtisadi cəhətdən zərbə vuraq üçün Sərsəngdən təsərrüfatlarımıza gələn suyun qarşısını kəsib, qışda suyu buraxırlar, kənd təsərufat məhsullarının becərmə dövründə isə əkinlərimizi suvarmağa imkan vermirlər. Ona görə suvarma dövründə çox çətinliklərlə üzləşirik. Bu çətinliklərin öhdəsindən isə Sizin Sərəncamınızla yaradılan artezianların köməyi ilə gəlirik. İyunun 3-də rayonumuza səfərinizdən dərhal sonra Sərəncamınızla rayonumuzun 18 yaşayış məntəqəsində 21 artezian quyusu qazılmağa başlanılıb. Bu artezianların biri də bizim Kəngərli kəndinin payına düşüb. Həmin artezianla 60 hektardan çox sahə suvarılacaq.

Möhtərəm cənab Prezident, koronavirus pandemiyasına qarşı aparılan mübarizə dövründə bütün çətinliklərə baxmayaraq bizim rayona səfər etdiyiniz, rayonumuzda 21 yeni artezian yaradılması ilə bağlı Sərəncam imzaladığınız üçün Sizə kəndimizin sakinləri və fermerləri adından minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var. Tanrı Sizi və ailənizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər