Fərid Şəfiyev: Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev: Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır

12:09 - 13 / 07 / 2020
Fərid Şəfiyev: Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır

“Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında ətraflı məlumat və şərh verilib. Bu təxribat göstərir ki, Ermənistan nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışır”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır. Mərkəzimiz hələ 2019-cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, Yerevan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq, Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətlərini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib”, - deyə o qeyd edib.

F.Şəfiyev vurğulayıb ki, daha sonra aprel-may aylarında COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə onlar tərəfindən proqnoz verilib: “Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, Yerevan üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir. Belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgələrində etimad tədbirləri (confidence building measures) yalnız status-kvonun saxlanılmasına xidmət edir. Eyni zamanda, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi Prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir”.      

S.Xankişiyeva

  

 

Paylaş:
223

Son xəbərlər

Qabon XİN başçısı: “Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”19 / 06 / 2021, 17:55İstanbulda zəlzələ olub19 / 06 / 2021, 17:45İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib19 / 06 / 2021, 17:40Paralimpiyaçımız Pərvin Məmmədov “Tokio-2020”yə lisenziya qazanıb19 / 06 / 2021, 17:38Vaksinasiya STATİSTİKASI: Son sutkada COVID-19 əleyhinə 40709 vaksin vurulub - FOTO19 / 06 / 2021, 17:26Azərbaycanda 19 iyuna olan COVID-19 statistikası AÇIQLANDI19 / 06 / 2021, 17:15Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib - FOTO19 / 06 / 2021, 17:09Ceyhun Bayramov Antalyada küveytli həmkarı və Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO19 / 06 / 2021, 16:55Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb19 / 06 / 2021, 16:40Bakının iki rayonda içməli suyun verilməsində məhdudiyyət yaranıb19 / 06 / 2021, 16:30Beş ayda tarlalardan 63,7 min ton taxıl yığılıb19 / 06 / 2021, 16:18Nazirlik sosial şəbəkələrdə yaranan problemlə bağlı açıqlama yaydı: Qlobal xarakter daşıyır19 / 06 / 2021, 16:08Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib - FOTO19 / 06 / 2021, 16:00İran Böyük Britaniyaya nota verib19 / 06 / 2021, 15:50Xətaidə azyaşlını hədələyib telefonunu alan şəxslər saxlanıldı - FOTO19 / 06 / 2021, 15:41Füzulidə yol qəzası: Ölən və yaralananlar var19 / 06 / 2021, 15:30Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb19 / 06 / 2021, 15:18Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək19 / 06 / 2021, 15:10Yaşasaydı 38 yaşı tamam olacaqdı - Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi anıldı - FOTO19 / 06 / 2021, 15:07BNA-dan futbol üzrə Avropa çempionatı ilə əlaqədar azarkeşlərə MÜRACİƏT19 / 06 / 2021, 15:03
Bütün xəbərlər

Next TV