Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar | 1news.az | Xəbərlər
Futbol

Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar

17:39 - 04 / 08 / 2020
Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar

İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası dövründə hakimlər üçün yeni təlimatları açıqlayıb.

1news.az goal.az-a istinadən xəbər verir ki, referilərə 2020/2021 mövsümündən etibarən oyun zamanı rəqibin üzünə öskürən futbolçuları cəzalandırmağı tövsiyə edib.

Buna görə həmin oyunçulara sarı, hətta qırmızı vərəqə də göstərilə bilər. Bu cür tədbirlər ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.

1news.az

Paylaş:
931

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər