Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

15:36 - 01 / 09 / 2020
Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

1news.az-ın verdiyi xəbərə görə, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur. Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası daxildir.

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanları, elmi təşkilatlar, sahibkarlar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya qurumları da daxil ola bilərlər.

S.Xankişiyeva

 

Paylaş:
1196

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər