Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

16:50 - 05 / 09 / 2020
Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Prezidenti Jair Bolsonaruya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasındakı münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Jair Bolsonaruya möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə əmin-amanlıq və rifah diləyib.

S.Xankişiyeva

 

Paylaş:
800

Son xəbərlər

Bütün xəbərlər