Dərslərin başlaması kirayə mənzil bazarına necə təsir edəcək? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dərslərin başlaması kirayə mənzil bazarına necə təsir edəcək?

16:46 - 07 / 09 / 2020
Dərslərin başlaması kirayə mənzil bazarına necə təsir edəcək?

Məlum olduğu kimi, sabahdan rayonlardan Bakıya, Sumqayıta və Abşerona gediş-gəlişə icazə veriləcək.

Bir neçə aydır ki, yolların bağlı olmasından sonra rayonlardan Bakıya iş, təhsil və digər məqsədlər üçün gələnlər olacaq. Karantin rejimi ilə bağlı universitetlərdə təhsil tam başlamasa da, artıq tələbələr kirayə mənzillər tutmağa başlayıblar. Bu isə aylardır durğunluq yaşayan kirayə mənzil bazarında canlanmaya səbəb olub. Bəs görəsən bu canlanma qiymət artımına səbəb olacaqmı?

Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son zamanlar kirayə mənzil bazarında aktivlik müşahidə edilməyə başlanılıb, müraciətlərin sayı artmaqdadır:

“Bu yəqin ki, yaxın bir həftə ərzində bazardakı prosesləri tam şəkildə təyin etməyə imkan verəcək. Yəni, müraciətlərin sayı artırsa, qarşıda qiymət artımının olması qaçılmazdır, xüsusilə nəzərə alsaq ki, təklif tədricən məhdudlaşır. Kirayə mənzil bazarında təklifin məhdudlaşdığı bir dövrdə tələbin artması istənilən halda qiymətə təsir göstərəcək”.

R.Osmanlı pandemiya dövründə kirayə mənzil bazarında ciddi qiymət azalmasının müşahidə olunmadığını da söyləyib:

“Eyni zamanda bir sıra obyektlərdə icarə qiyməti qarşılıqlı razılaşma əsasında azaldılsa da, bu uzunmüddətli dövrü əhatə etmədi. Sahibkar icarədarla razılığa gəldi ki, pandemiya ilə bağlı kirayə qiymətlərinin cüzi bir hissəsi azaldılsın. Bu proses də təqribən avqust-sentyabr ayında başa çatdı. Amma kirayə mənzil bazarında qiymətlərdə azalma və ya azalmaya doğru meyillər müşahidə edilmədi. Amma kifayət qədər boşalan obyektlər müşahidə olunur, yəni, təklifin artımı müşahidə olunur. Ola bilsin ki, həmin obyeklər yenidən icarəyə verilsə o zaman qiymətlərin müəyyən qədər ucuzlaşmasını görə biləcəyik”.

Ekspert bildirib ki, şəhər mərkəzindən qismən kənarda yerləşən mənzillər və mərkəzi ərazilərdə yerləşən 1-2 mərtəbəli yaşayış evlərinə maraq daha çoxdur:

“Tələbələr, nisbətən aşağı büdcəli adamlar Kubinka, Sovestski, Montin kimi ərazilərdə fərdi tikililərə üstünlük verir. Mənzillərdə isə mikrorayonlar, Yasamal, Yeni Yasamal, Neftçilər, Qara Qarayev, Əhmədli kimi ərazilər tələbələrin daha çox müraciət etdikləri yerlərdi. Həmin ərazilərdə tələbələr üçün 3 otaqlı mənzillərin maksimum qiyməti 550, 600 manata qədərdir”.

Qafar Ağayev

Paylaş:
1170

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər