“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırdı

15:55 - 08 / 09 / 2020
“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırdı

“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırdı. Forumun əsas məqsədi Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün fürsət yaratmaqdır.

1news.az-ın verdiyi xəbərə görə, forumda Özbəkistanın 29 tekstil şirkəti və 20 Azərbaycan idxalçısı iştirak edib. “Made in Uzbekistan Textile” çərçivəsində pandemiya şəraitində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradan 75 B2B görüş keçirilib.

Hər iki tərəfdən forum iştirakçıları bu cür tədbirin təşkil edilməsindən məmnun olduğlarını bildiriblər. Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov qeyd edib: “"Made in Uzbekistan Textile" onlayn biznes forumu ölkələrimiz arasında tekstil sənayesində işgüzar əlaqələrin inkişafı üçün effektiv platforma qismində çıxış etdi. Həm Özbəkistan ixracatçılarından, həm də Azərbaycan alıcılarından bu tədbirə böyük maraq müşahidə etdik. Forumun müsbət nəticələri gələcəkdə Bakıda artıq "oflayn" formatda tekstil sərgisinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməyə əsas verir”.

Forum öz işinə plenar açılış iclasından sonra başlayıb. İclasın videosunu linkdən keçərək izləyə bilərsiniz: https://ceo.az/forum

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış ediblər. Tədbirə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstək göstəriblər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti təmin edib.

1news.az

 

 

Paylaş:
1755

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər