Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsd olub, 10 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsd olub, 10 nəfər ölüb

11:40 - 09 / 09 / 2020
Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsd olub, 10 nəfər ölüb

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd zamanı həlak olanların sayı 10 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TOLOnews telekanalı təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, insident nəticəsində daha 10 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, bu gün səhər saatlarında Əmrullah Salehin xidməti avtomobili Kabil şəhərinin Taimani bölgəsindən keçdiyi vaxt partlayış törədilib. Yüksək vəzifəli məmur üzündən və əlindən yüngül xəsarətlər alıb.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

S.Xankişiyeva

 

Paylaş:
621

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər