Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq

18:01 - 12 / 09 / 2020
Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq

Macarıstan paytaxtının və Mişkolts şəhərinin hökumət orqanları bələdiyyə ictimai nəqliyyatından istifadə zamanı qoruyucu maskanın olmamasına görə cərimənin məbləğini artırıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, indi qanunu pozanlar əvvəlkindən 50 faiz çox pul ödəməli olacaqlar.

Həmçinin bildirilir ki, cərimələr yalnız maskanın olmamasına görə deyil, həm də onların düzgün taxılmamasına görə tətbiq olunacaq. Yeri gəlmişkən, əgər maska üzə taxılıb, burunu örtməyəcəksə, o zaman maskanın olmaması halı kimi eyni məbləğdə cərimə ödəniləcək. Beləliklə, maskanın düzgün geyinilməməsi onun olmamasına bərabər tutulur.

1news.az

Paylaş:
788

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər