Püşkün tarixi və yeri müəyyənləşdi - Avro-2024 | 1news.az | Xəbərlər
Futbol

Püşkün tarixi və yeri müəyyənləşdi - Avro-2024

18:30 - 12 / 09 / 2020
Püşkün tarixi və yeri müəyyənləşdi - Avro-2024

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatmasının tarixi və yeri müəyyənləşib.

1news.az qol.az-a istinadən xəbər verir ki, püşk Hamburq şəhərində olacaq. 

24 komandanın qatılacağı püşkatma mərasimi 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, Avro-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər