“Dinamo”, PAOK və “Gent” pley-offda
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
İlk olaraq Ukraynanın "Dinamo"su Niderland "AZ Alkmaar"ını qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Daha sonra Yunanıstan PAOK-u doğma meydanda Portuqaliya "Benfika"sı ilə qarşılaşıb və rəqibini məğlub edib - 2:1. Günün son oyununda isə Avstriya "Rapid"i Belçika" "Gent"inin qonağı olub və 1:2 hesabı ilə uduzub.
Beləliklə, növbəti mərhələyə yüksələn "Dinamo" və "Gent" pley-offda bir-birləri ilə, PAOK isə Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq. ÇL-də mübarizəni dayandıran "AZ Alkmaar", "Benfika" və "Rapid" isə Avroliqada çıxışlarına davam edəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinə sentyabrın 16-ı keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.
15 sentyabr
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland) - 2:0
Qollar: Rodriqes, 49, Şaparenko, 86
22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: Qiannoulis, 63 (1:0), Zivkoviç, 75 (2:0), Silva, 90 (2:1)
22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qollar: Dorş, 36 (1:0), Yaremçuk, 59-pen (2:0), Yusuf Demir, 90+3 (2:1)
1news.az