“Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşdi
Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.
1news.az matc.az-a istinadən bildirir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.
UEFA Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bu gün bilinib. Ağdam təmsilçisi "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi "Qarabağ"ın rəqibi olub.
Püşkə əsasən Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında - Polşada keçirməli olacaq.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
Legiya (Polşa) - Drita (Kosovo) 2:0
Qol: Vşolek, 24. Pekhart, 43.
1news.az