Gerye: “Polşaya səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Futbol

Gerye: “Polşaya səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik” - MÜSAHİBƏ

17:25 - 01 / 10 / 2020
Gerye: “Polşaya səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik” - MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye Polşanın "Onet Sport" nəşrinə geniş müsahibə verib.

1news.az apasport.az-a istinadla bildirir ki, Haiti millisinin üzvü Avropa Liqasının pley-off mərhələsində yerli "Legiya" klubuna qarşı keçiriləcək oyunu dəyərləndirib.

31 yaşlı sol cinah müdafiəçisi həmçinin ötən il "Neftçi"yə keçidinin səbəbini və gələcəkdə Polşada oynamaq arzusunda olduğunu açıqlayıb.

- Pasport problemi ilə üzləşməyinizə baxmayaraq, Varşavaya gəlməyi bacardınız. Bu, necə baş tutdu?

- Haiti prezidenti mənim dostumdur. Mənə pasport verdilər, sonra klub nəqliyyat təşkil etdi. Haiti prezidentinin köməkliyi sayəsində hazırlanan pasport Londonda qalmışdı. Lakin son anda sənədi çatdırmaq mümkün oldu və Varşavaya gəldim.

- Püşkatmadan əvvəl "Legiya" ilə qarşılaşmaq istəyirdiniz?

- Bəli, "Legiya" ilə oynamaq istəyirdim, Polşada çıxış etmək üçün çox darıxmışam. Yakub Jezniçak mənə "Legiya" ilə qarşılaşa biləcəyimizi söylədikdə bunun baş verəcəyinə 80 faiz əmin idim.

- Komandanızın Varşava təmsilçisi önündə şansını necə qiymətləndirirsiniz?

- "Legiya"nın bir neçə oyununu izləmişəm. Düşünürəm ki, bu komanda Polşada oynadığım vaxtdakı qədər güclü deyil. O dönəmdəki "Legiya" daha güclü idi. Dostlarım məndən "Legiya" barədə soruşdular, onlara böyük klub olduğunu söylədim, amma indi belə olub-olmadığını bilmirəm. Sona qədər mübarizə aparırlar, bizim üçün asan olmayacaq. Bura səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik. Qarabağ silahlı qarşıdurmanın olduğu ərazidə olan Ağdamın komandasıdır. 1992-ci ildə orada müharibə başlayıb, erməni qoşunları Ağdamı işğal edib, yerli əhalini öldürüb. Klubda bu şəhərdən insanlar, o cümlədən uşaqlıqda oranı tərk edərək məcburiyyətdən Bakıda qalan futbolçular var. Bu gün ağdamlılar üçün qələbə qazanmaq istəyirik.

- "Legiya"da oynamaq istədiyinizi gizlətməmisiniz...

- Bəli, hələ "Visla"da olarkən həmişə bu komandanın oyunlarına baxırdım. Heyrətamiz azarkeşlərə görə bu klubdan xoşum gəlirdi. Yakub Jezniçaka bir gün orada oynamaq istədiyimi söylədim. Onu görəndə "Legiya, Legiya Varşava" mahnısını oxuyuram. Komanda yoldaşlarıma oyunun azarkeşsiz keçirilməsindən məyus olduğumu söylədim. Çünki 90 dəqiqə necə mahnı oxuduqlarını görə bilməyəcəyik. Mən onlara "dopinqin nə demək olduğunu azarkeşlərin dəstəyi sayəsində görmək olur" demişəm. Azarkeşlər elə ucadan mahnı oxuyurlar ki, bir-birinizi bir neçə metr məsafədən eşidə bilmirsiniz. "Legiya" rəhbərliyi ilə heç vaxt ciddi danışığım olmayıb. Bir dəfə belə bir variant yaranmışdı, ancaq təklif konkret deyildi.

- 2013-2016-cı illərdə çıxış etdiyiniz "Visla"dan xoş ayrılmadınız. Borcunuzu ala bildiniz?

- Altı-yeddi ay pulumu ala bilmədim. Oradan ayrılmaq imkanım olanda mənə heç bir borcun olmadığını əks etdirən sənəd verdilər. Transferə razılığı ondan asılı vəziyyətə gətirdilər. "Alanyaspor"dan təklif aldıqdan sonra futbol oynamaq üçün həmin sənədə qol çəkdim. Sonra menecerim məni FİFA-ya şikayət etməyə razı saldı, amma "Visla" məhkəməlik olmaq istəmədim. Bunu etsəydim, öz anamı məhkəməyə vermək kimi olardı. Türkiyədə "Visla"dakından beş dəfə çox, Azərbaycanda isə on dəfə çox qazandım.

- "Qarabağ" 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak edib. Komandanız həmin vaxtdakı kimi güclüdür?

- O dövrdə Yakub Jezniçak, Riçard Almeyda, Rəşad Sadıqov kimi aparıcı oyunçularımız indi yoxdur. Amma əvəzində başqa oyunçular var.

- Bir il əvvəl Azərbaycanın digər komandası "Neftçi"yə keçidiniz necə reallaşmışdı?

- "Qarabağ"la müqaviləm başa çatmışdı. Onun uzadılması barədə razılığa gəldik, amma vəd olunan pulu vaxtında ala bilmədim. Başqa bir yaxşı seçimim yarandı, ora getdim. Buna görə "Qarabağ" azarkeşləri mənə qəzəbləndilər. Ancaq sonra Ağdam klubu daha yaxşı şərtlər təklif edincə bura qayıtdım. Azarkeşlər ilk vaxtlar məni bağışlamırdılar. Ancaq sonradan dönüşümə sevindilər. 

1news.az

Paylaş:
506

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər