Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
1news.az apasport.az-a istinadən bildirir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda püşklə 8 qrupa bölünəcək. Qonşu Türkiyənin təmsilçisi "Başakşəhər"in də qrupdakı rəqibləri bilinəcək.
Püşkdən öncə komandalar 4 səbətə bölünüb. Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, həmçinin ən reytinqli 6 liqanın çempionu I səbətdə yer alıb. Digər 24 komanda reytinqinə görə səbətlərə bölünüb.
Çempionlar Liqası
Qrup mərhələsi
I səbət
"Bavariya" (Almaniya)
"Sevilya" (İspaniya)
"Real" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Zenit" (Rusiya)
"Porto" (Portuqaliya)
II səbət
"Barselona" (İspaniya)
"Atletiko" (İspaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Mançester Siti" (İngiltərə)
"Şaxtyor" (Ukrayna)
"Borussiya" (Dortmund, Almaniya)
"Çelsi" (İngiltərə)
"Ayaks" (Niderland)
III səbət
"Dinamo" (Kiyev, Ukrayna)
"Zalsburq" (Avstriya)
"Leypsiq" (Almaniya)
"İnter" (İtaliya)
"Olimpiakos" (Yunanıstan)
"Latsio" (İtaliya)
"Krasnidar" (Rusiya)
"Atalanta" (İtaliya)
IV səbət
"Lokomotiv" (Rusiya)
"Marsel" (Fransa)
"Brügge" (Belçika)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
"Başakşəhər" (Türkiyə)
"Midtülland" (Danimarka)
"Renn" (Fransa)
"Ferensvaroş" (Macarıstan)
Qeyd edək ki, qrup mərhələsində I tur 20/21 oktyabr, II tur 27/28 oktyabr, III tur 3/4 noyabr, IV tur 24/25 noyabr, V tur 1/2 dekabr, VI tur 8/9 dekabrda keçiriləcək.
1news.az