Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
1news.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.
Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.
A qrupu: "Roma" (İtaliya), "Yanq Boyz" (İsveçrə), ÇFR (Kluj, Rumıniya), MOİK (Sofiya, Bolqarıstan)
B qrupu: "Arsenal" (İngiltərə), "Rapid" (Vyana, Avstriya), "Molde" (Norveç), "Dandolk" (İrlandiya)
C qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Slaviya" (Praqa, Çexiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Nitsa" (Fransa),
D qrupu: "Benfika" (Portuqaliya), "Standard" (Lyej, Belçika), "Reyncers" (Şotlandiya), "Lex" (Poznan, Polşa)
E qrupu: PSV (Eyndhoven, Niderland), PAOK (Yunanıstan), "Qranada" (İspaniya), "Omoniya" (Kipr)
F qrupu: "Napoli" (İtaliya), "Real Sosyedad" (İspaniya), AZ (Alkmaar, Niderland), "Riyeka" (Xorvatiya)
G qrupu: "Braqa" (Portuqaliya), "Lester" (İngiltərə), AEK (Afina, Yunanıstan), "Zarya" (Luqansk, Ukrayna)
H qrupu: "Seltik" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Milan" (İtaliya), "Lill" (Fransa)
I qrupu: "Vilyarreal" (İspaniya), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Sivasspor" (Türkiyə)
J qrupu: "Tottenhem" (İngiltərə), "Lüdoqorets" (Bolqarıstan), LASK (Avstriya), "Antverpen" (Belçika)
K qrupu: MOİK (Moskva, Rusiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Feyenoord" (Niderland), "Volfsberq" (Avstriya)
L qrupu: "Gent" (Belçika), "Srvena Zvezda" (Serbiya), "Hoffenhaym" (Almaniya), "Slovan" (Liberets, Slovakiya)
Qeyd edək ki, qrup mərhələsinin oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.
1news.az