“Qarabağ” ardıcıl 7-ci dəfə qrup mərhələsində! - VİDEO
"Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
1news.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşır. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
"Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.
Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.
1 oktyabr
22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)
1news.az