“Qalatasaray” mübarizəni dayandırdı, “Tottenhem”dən darmadağın
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib.
1news.az matc.az-a istinadən bildirir ki, baş tutan 21 qarşılaşmada qrup mərhələsinə son vəsiqələrin sahibləri bəlli olub.
Azərbaycan çempionu "Qarabağ" Polşada "Legiya" ilə qarşılaşmadan qalib ayrılmaqla adını qrupa vəsiqə qazanan kollektivlərin sırasına yazdırmağa nail olub. Türkiyənin ən titullu klubu "Qalatasaray" isə Şotlandiyada "Reyncers"in qonağı olub və uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək. Tədbirdə 48 komanda 12 qrupa bölünəcək.
Avropa Liqası
Pley-off
1 oktyabr
ÇFR (Rumıniya) - "Kuopio" (Finlandiya) 3:1
"Ararat" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) 1:2
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Flora" (Estoniya) 3:1
"Malmö" (İsveç) - "Qranada" (İspaniya) 1:3
"Rusenborq" (Norveç) - PSV (Niderland) 0:2
"Şarlerua" (Belçika) - "Lex" (Polşa) 1:2
"Slovan" (Çexiya) - APOEL (Kipr) 1:0
"Hapoel" (Beer-Şeva, İsrail) - "Viktoriya" (Çexiya) 1:0
"Kopenhagen" (Danimarka) - "Riyeka" (Xorvatiya) 0:1
"Dinamo" (Brest, Belarus) - "Ludoqorets" (Bolqarıstan) 0:2
"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) 0:3
"Sarayevo" (Bosniya və Herseqovina) - "Seltik" (Şotlandiya) 0:1
"Standard" (Belçika) - "Fehervar" (Macarıstan) 3:1
"Bazel" (İsveçrə) - ÇSKA (Sofiya, Bolqarıstan) 1:3
"Dandalk" (İrlandiya) - "Klaksvik" (Farer adaları) 3:1
"Yanq Boyz" (İsveçrə) - "Tirana" (Albaniya) 3:0
"Reyncers" (Şotlandiya) - "Qalatasaray" (Türkiyə) 2:1
AEK (Yunanıstan) - "Volfsburq" (Almaniya) 2:1
"Rio Ave" (Portuqaliya) - "Milan" (İtaliya) 2:2 (penaltilər 8:9)
"Sportinq" (Portuqaliya) - LASK (Avstriya) 1:4
"Tottenhem" (İngiltərə) - "Makkabi" (Hayfa, İsrail) 7:2
1news.az