“Cəbrayılın 9 kəndi işğaldan azad olunub”  – Ali Baş Komandan | 1news.az | Xəbərlər
Siyasət

“Cəbrayılın 9 kəndi işğaldan azad olunub”  – Ali Baş Komandan

20:30 - 04 / 10 / 2020
“Cəbrayılın 9 kəndi işğaldan azad olunub”  – Ali Baş Komandan

Cəbrayılın 9 kəndi işğaldan azad olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Twitter səhifəsində yazıb:

“Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, bundan başqa, Cəbrayıl şəhəri də erməni işğalından azad edilib.

 

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər