Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

21:00 - 05 / 10 / 2020
Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,  bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun ICAO Şurasının prezidenti cənab Salvatore Şakkitanoya və ICAO-nun baş katibi doktor Fan Lyuya ünvanladığı məktubda deyilir. Həmin məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirir.

Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirmiş, BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulamışdır (ICAO-nun EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).

Eyni zamanda, həmin məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunmuşdur.

Məktubda bildirilir: “Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq, uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.

Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.

Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı “Azəraeronaviqasiya” (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.

Agentliyimiz EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə müvafiq NOTAM-lar dərc edilmişdir.

Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcəkdir. Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək, hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunmuşdur.

Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcəkdir”.

S.Xankişiyeva

 

Paylaş:
934

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər