Çavuşoğlu: İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır

14:53 - 06 / 10 / 2020
Çavuşoğlu: İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır

Atəşkəsə baxmayaraq Ermənistan Tovuza hücum etdi. Bu atəşkəsin nəticəsi olmadı.

1news.az xəbər verir ki,bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib: "30 ildir ki, Minsk qrupu ilə bu məsələləri müzakirə etmişik. Konkret olaraq bu münaqişənin həlləri varmı?- deyə soruşmuşuq. Yox, deyiblər. İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır və bu işlər belə davam edə bilməz. Biz problemin sülh yolu ilə həlli üçün bütün addımları atmışıq. Lakin bu vaxta qədər Ermənistana Azərbaycan torpaqlarından çıx deyən olmayıb".

Nazir deyib ki, Ermənistan Yaxın Şərqdən gətirdiyi erməniləri bu bölgəyə yerləşdirir və bununla da güclənmək istəyir:

"Biz Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik, bütün dünyanı Azərbaycanı dəstəkləməyə çağırırıq".

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər