Çarəsiz qalan Ermənistanın növbəti hədəfi: Bakı-Tbilisi-Ceyhan boru kəmərini atəşə tutdular – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Çarəsiz qalan Ermənistanın növbəti hədəfi: Bakı-Tbilisi-Ceyhan boru kəmərini atəşə tutdular – FOTO

00:00 - 07 / 10 / 2020
Çarəsiz qalan Ermənistanın növbəti hədəfi: Bakı-Tbilisi-Ceyhan boru kəmərini atəşə tutdular – FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhanı raket atəşinə tutması ilə bağlı fotoları yayımlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Hikmət Hacıyev Twitter hesabında paylaşım edib.

“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. Ümumilikdə BTC yaxınlığına 300-dən çox kaset bombası atılıb. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

S.Xankişiyeva

 

 

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər