Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər nazirinin açıqlaması ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər nazirinin açıqlaması ilə bağlı bəyanat yayıb

16:58 - 08 / 10 / 2020
Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər nazirinin açıqlaması ilə bağlı bəyanat yayıb

Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat yayıb.

1news.az bəyanatı təqdim edir:

Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsinin ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb.

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan davamlı olaraq Azərbaycanın mülki əhalisini, strateji sənaye obyektlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyində prinsipial rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini və münaqişə zonasından yüzlərlə kilometr uzağlıqda yerləşən iri şəhərləri raket atəşinə tutur. Son iki həftədə Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq uzaq mənzilli raket və artilleriyadan istifadə edərək Azərbaycanın  32 günahsız mülki vətəndaşını qəsdən öldürüb və 165-ni yaralayıb, 1000-dən çox evi və mülki infrastrukturu isə dağıdıb.  

Hesab edirik ki, ATƏT-in Minsk Qrupuna üzv olan, Avropada və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayan dövlət olaraq Almaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlərinin toxunulmazlığı  prinsipini birmənalı müdafiə edən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT Parlament Assambleyası, eləcə də Almaniya Bundestaqının müxtəlif illərdə qəbul etdikləri qərar və qətnamələrinə hörmətlə yanaşmalı və işğalçı Ermənistanın indiyə kimi bu tələblərə əməl etməməsini şiddətlə qınamalıdır.

Qeyd olunanları nəzərə alaraq biz, yuxarıda adı çəkilən sənədləri qəbul edən tərəf olan Almaniyanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq  hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməyə və regionda atəşkəsin və sülhün bərpasını təmin etmək üçün Ermənistanın işğal olunmuş ərazilərimizi dərhal, tam və qeyd-şərtsiz tərk etməsini tələb etməyə çağırırıq.

Ümid edirik ki, Almaniya hər zaman olduğu kimi bundan sonra da özünün obyektiv və beynəlxalq hüquqa uyğun prinsipial mövqeyini qoruyub saxlayacaqdır.

İmza:

           

1.     

Rauf Zeyni

Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2.     

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3.     

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

4.     

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

5.     

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6.     

Novela Cəfərova

D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

 

7.     

Səadət Bənənyarlı

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8.     

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9.     

Qorxmaz İbrahimli

Biosfer İctimai Birliyi

10.  

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

11.  

Əziz Ələkbərov

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12.  

İsrayıl İsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13.  

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14.  

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqlari Komitəsi

15.  

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16.  

Kamil Səlimov

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17.  

Fuad Məmmədov

"Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

18.  

Eyyub Hüseynov

"Azad İstehlakçılar" İctimai Birliyi

19.  

Tənzilə Rüstəmxanlı

Azəri Türk Qadinlar Birliyi

20.  

Mirvari Qəhrəmanova

Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

21.  

Şəmistan Əlizamanlı

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22.  

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23.  

Osman Gündüz

Multimediya Sistemləri İctimai Birliyi

24.  

Mayis Əliyev

Sosial Hüquqların Araşdırılması

25.  

İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26.  

Bahar Qasımova

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27.  

Məlahət İbrahimqızı

"Lider Qadınlar" İctimai Birliyi

28.  

Fizüli Rzaquliyev

Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29.  

Mehdi Mehdiyev

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30.  

Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31.  

Əhməd  Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

32.  

Nəsiman Yaqublu

Tarix və Mətbuat Araşdırmalarına Dəstək

33.  

Şahin Rəcəbov

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

34.  

Aydın Əbilov

"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

35.  

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

36.  

Elçin Hüseynov

"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

37.  

Aydın Kərimov

Müstəqil Hüquq Mərkəzi

38.  

Əhməd Qəşəmoğlu

Tərəqqi və Demokratiya İctimai Birliyi

39.  

Hafiz Həsənov

Hüquq və İnkişaf İctimai Birliyi

40.  

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

41.  

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyi

42.  

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

43.  

Emin Həsənli

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə  İctimai Birliyi

44.  

İlqar Orucov

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

45.  

Ramil İsgəndərli

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

1news.az

Paylaş:
531

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər