Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

20:04 - 11 / 10 / 2020
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Nazir Faysal bin Ferhan Al Saud bölgədə mövcud olan gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfərin yaralandığı diqqətə çatdırılıb. Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib. O, münaqişənin siyasi yolla həll edilməsinin vacibliyini bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
537

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər