Ceyhun Bayramov Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

19:37 - 13 / 10 / 2020
Ceyhun Bayramov Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu ilin 13 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edən Paulin Eizema diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. Nazir, həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib.

Nazir Ceyhun Bayramov səfirə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib. Ermənistanın son təxribatları, o cümlədən 12-16 iyul tarixində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı, avqust ayında Goranboyda kəşfiyyat qrupunun təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı səfirin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov məlumat verib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini və kəndlərini təkcə cəbhə bölgəsinin yaxınlığında deyil, həm də Gəncə, Mingəçevir, Xızı və Abşeron kimi münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Səfir Paulin Eizema, Hollandiyanın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib. Hollandiyanın Avropa İttifaqının mövqeyini izlədiyini və hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb.

Nazir Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər