Türkiyə MN: 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə MN: 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir

21:46 - 17 / 10 / 2020
Türkiyə MN: 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir

Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabında yazılıb.

"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!"

S.Xankişiyeva

 

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər