Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Bildiyiniz kimi, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.
Bakı Media Mərkəzindən 1news.az-a bildirilib ki, göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmayıb.
"BMT təhlükəsizlik şurasının bu qətnamələrinin tez bir zamanda icra olunmasını dəstəkləmək üçün petisiya hazırlanıb. Petisiyanı imzalamaq üçün linkə daxil ola bilərsiniz. Həqiqəti və ədaləti dəstəkləyək!"
Qeyd edək ki, petisiya ilə bağlı Bakı Media Mərkəzi ingilis dilində xüsusi videoçarx hazırlayıb. Videoçarxla Bakı Media Mərkəzinin rəsmi sosial şəbəkə səhifələrində tanış olmaq olar.
Facebook: https://www.facebook.com/1402834436617491/posts/2994095594158026/
Instagram: https://www.instagram.com/tv/CGm0yDZptcS/?igshid=xi0ka42lcrd5
S.Xankişiyeva