Liviyada qalıcı atəşkəs əldə olunub | 1news.az | Xəbərlər
Dünya

Liviyada qalıcı atəşkəs əldə olunub

17:24 - 23 / 10 / 2020
Liviyada qalıcı atəşkəs əldə olunub

Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.

1news.az-ın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Liviya üzrə missiyası rəsmi "Facebook" səhifəsində məlumat verib. 

BMT Liviya hərbi danışıqlarından sonra tərəflər arasında əldə olunan qalıcı atəşkəs razılaşmasını tarixi nailiyyət adlandırıb. 

Detallar bəlli deyil, lakin tərəflər bu gün Cenevrədə atəşkəs razılaşmasının imzalanma mərasimində iştirak ediblər. 

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər