İran xalqı Azərbaycan xalqının sevincinə sevinir – Səfir
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
1news.az-ın verdiyi xəbərə görə, səfir bu barədə özünün rəsmi Twitter hesabında yazıb:
“Hörmətli cənab Prezident! İran və Azərbaycan arasındakı təqribən 760 km olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İran xalqı Azərbaycan xalqının sevincinə sevinir”.
530