Ərdoğandan ÇAĞIRIŞ: Fransa məhsulları boykot edilməlidir | 1news.az | Xəbərlər
Dünya

Ərdoğandan ÇAĞIRIŞ: Fransa məhsulları boykot edilməlidir

17:26 - 26 / 10 / 2020
Ərdoğandan ÇAĞIRIŞ: Fransa məhsulları boykot edilməlidir

"Müsəlman ölkələri Fransadan məhsul idxalını boykot etməlidir".

1news.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, həmçinin bildirib ki, bütün ölkələrin liderləri Fransadakı İslamofobiyaya müqavimət göstərməlidir.

"İrqçilik və faşizm Avropada yeni trenddir".

"Necə ki, Fransada Türk markalı malları almayın deyilirsə, millətimə səslənirəm, fransız malları almayın" - deyə, Ərdoğan sözlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər