Erməni əsgər: Üç gündür acıq, heç kimin vecinə deyilik – VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Erməni əsgər: Üç gündür acıq, heç kimin vecinə deyilik – VİDEO

20:26 - 26 / 10 / 2020
Erməni əsgər: Üç gündür acıq, heç kimin vecinə deyilik – VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

1news.az-ın verdiyi xəbərə görə, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.

S.Xankişiyeva

 

 

Paylaş:
1233

Son xəbərlər

Bütün xəbərlər