TRT-dən özəl dəstək: Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

TRT-dən özəl dəstək: Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq – VİDEO

21:36 - 26 / 10 / 2020
TRT-dən özəl dəstək: Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq – VİDEO

Türkiyənin TRT kanalı xüsusi videoçarxla Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycana dəstəyini ifadə edib.

1news.az-ın verdiyi xəbərə görə, videoda TRT kanalının məşhur simaları Azərbaycana daima, bütün hallarda dəstək olduqlarını, bir olduqlarını bildiriblər.

“Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanında bir və bütün olaraq duracağıq. Qarabağ azadlığına qovuşmadıqdan sonra bizə yaşamaq haram olsun. Qarabağ azad olunana qədər mücadiləyə davam” - deyə videoda qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər