Pakistanda mədrəsədə partlayış: 8 ölü, 70 yaralı | 1news.az | Xəbərlər
Dünya

Pakistanda mədrəsədə partlayış: 8 ölü, 70 yaralı

14:27 - 27 / 10 / 2020
Pakistanda mədrəsədə partlayış: 8 ölü, 70 yaralı

Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində azı 8 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib.

Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.

Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.

1news.az

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər