Prezidentin köməkçisi hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırdı | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırdı

15:43 - 28 / 10 / 2020
Prezidentin köməkçisi hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırdı

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

1news.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

Qafar Ağayev

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər