Dünyada koronavirusa yoluxanların sayında rekord | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayında rekord

11:49 - 01 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayında rekord

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə - 535 928 nəfər artıb.

1news.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.

Son 24 saat ərzində daha 7 246 nəfər koronavirusdan dünyasını dəyişib.

İndiyədək bütün dünyada ümumilikdə 46 366 931 nəfərdə koronavirus aşkarlanıb, 1 199 722 nəfər bu virusun qurbanı olub, 33 478 704 nəfər sağalıb.

11,688,505 aktiv koronavirus xəstəsi var ki, onlardan da 84 220-nin vəziyyəti ağır qiymətləndirilir.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər