Moldovada prezident seçkiləri keçirilir | 1news.az | Xəbərlər
Dünya

Moldovada prezident seçkiləri keçirilir

10:53 - 01 / 11 / 2020
Moldovada prezident seçkiləri keçirilir

Moldovada dördüncü prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, prezidentlik uğrunda 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. Yerli sosioloji sorğulara əsasən, əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş nazir Maya Sandu arasında gedəcək.

Prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.

Səsvermə üçün 2 934 017 bülleten çap olunub, onlardan 2 168 620 bülleten rumın, 765 397 mini isə rus dilindədir.

Ölkədə prezident seçkiləri üçün 2 004 seçki məntəqəsi yaradılıb. Xarici ölkələrdə, o cümlədən Bakı da daxil olmaqla, 139 seçki məntəqəsi yaradılıb. Azərbaycanda hərbi vəziyyət elan olunduğundan Moldova MSK-ı Bakıda seçki məntəqəsinin saat 07:00-dan 18:00-a qədər fəaliyyət göstərəcəyi barədə xüsusi qərar qəbul edib.

Seçki məntəqələrinin hamısına video-müşahidə kameraları quraşdırılıb, səsvermə prosesi canlı yayımlanır.

Moldovada ilk dəfə səs verəcək seçicilərin sayı 43 340 nəfərdir. Bunlardan 22 271-i oğlan, 21 069-u isə qızdır.

Prezident seçkiləri koronovirusun yayılması ilə bağlı elan edilən karantin dövrünə düşdüyü üçün səsvermə zamanı xüsusi qaydalar tətbiq edilir. Koronavirus simptomlarını hiss edən və ya bu virusa yoluxan xəstələr evdən elektron səsverməyə qoşulacaq. Məntəqəyə gələn seçicilər isə temperatur yoxlanışından keçəcək və maska ilə girişinə icazə veriləcək.

Prezident seçkilərinin təhlükəsizliyinə Moldovanın 6 mindən artıq polis işçisi cəlb olunub.

1news.az

Paylaş:
464

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər