Volqoqradda erməninin törətdiyi qətl böyük əks-səda doğurub - VİDEO
Volqoqradda erməni əsilli yerli sakinin törətdiyi qətl böyük əks-səda doğurub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Rusiyanın Volqoqrad şəhərinin sakini Roman Qrebnyuk erməni Arsen tərəfindən vəhşicəsinə döyüldükdən sonra xəstəxanada vəfat edib.
Hadisə orta məktəb şagirdlərinin valideynlərinin "Viber" qrupunda yazışması zamanı yaranmış qalmaqala görə baş verib. Belə ki, 12 yaşı məktəbli qızın atası Roman Qrebnyuk və sinfin digər şagirdinin anası, erməni Anna Melkonyan arasında ev tapşırığı üstündə mübahisə yaranıb. Nəticədə Annanın həyat yoldaşı Aram və qardaşı Arsen guya qadının xətrinə dəydiyi üçün Qrebnyuku cəzalandırmaq qərarına gəliblər. Annanın qardaşı Arsen Qrebnyuku izləyərək bank ofisində yaxalayıb və ona ölümcül zərbə endirib. Roman Qrebnyuk bir həftə xəstəxanada komada qaldıqdan sonra vəfat edib.
Arsen Melkonyan həbs edilib. Onun əvvəllər də cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub. Hazırda Volqoqrad sakinləri təkcə Arsenin deyil, həm də onun bacısı və bacısının həyat yoldaşının da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
1news.az