Türkiyədə terror aktı törədilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə terror aktı törədilib

22:12 - 04 / 11 / 2020
Türkiyədə terror aktı törədilib

Türkiyənin Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar.

AZƏRTAC xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb.

Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şemdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.

S.Xankişiyeva

 

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər