Paşinyan: Müharibənin dayandırılması üçün başqa variantlar olsaydı belə, yenə də Şuşanı itirəcəkdik | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Müharibənin dayandırılması üçün başqa variantlar olsaydı belə, yenə də Şuşanı itirəcəkdik

23:40 - 13 / 11 / 2020
Paşinyan: Müharibənin dayandırılması üçün başqa variantlar olsaydı belə, yenə də Şuşanı itirəcəkdik

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibə verib.

Müsahibə zamanı Nikol Paşinyan Dağlıq Qarabağda atəşkəs bəyanatının imzalanmasının səbəbləri ilə bağlı sualları cavablandırıb:

“Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik. Bu, ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil.

İmzalamasa idim, Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim. Bununla Xankəndi ətrafındakı hərbçilərimizi qorumuş oldum. Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir".

Jurnalistin Şuşa ilə bağlı sualını Paşinyan belə cavablandırıb:

“Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu. Şuşanın itirilməsi ətrafında bir çox mif var. Məsələn, Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil də Xankəndidə olduğu məlum oldu”.

“Döyüş meydanında uğursuzluqlardan sonra vəzifəmiz müharibədə dönüş nöqtəsi yaratmaq idi. Şuşanın süqutundan sonra bu tapşırığın mümkünsüz olduğunu müəyyənləşdirdik. Müharibənin dayandırılması üçün başqa variantlar olsaydı belə, yenə də Şuşanı itirəcəkdik”.

S.Xankişiyeva

 

 

Paylaş:
846

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər